Ramazanda reydlər zamanı 50 sərxoş sürücü tutulub

20-07-2015, 13:57
Oxunub: 518
Üçtəpə kəndi ərazisində keçirilən reyd zamanı 12 sərxoş və 20-yə yaxın sənədsiz sürücünün avtomobili cərimə meydançasına aparılıb


Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi əməkdaşları həftə sonu qərb bölgəsində reydlər təşkil ediblər.

Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları Şəmkir-Gədəbəy avtomobil yolunda bir neçə saat ərzində 16 sərxoş sürücü aşkarlayıblar.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bayram günlərində Hacıkənd qəsəbəsi ərazisinə nəzarəti gücləndirib. Təxminən 11 sərxoş sürücü aşkarlanıb ki, onların da barəsində müvafiq tədbirlər görülüb.

Göygöl Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları da xidməti ərazilərində reydlərini davam etdiriblər. Rayonun enişli-yoxuşlu yollarında, eləcə də Üçtəpə kəndi ərazisində keçirilən reyd zamanı 12 sərxoş və 20-yə yaxın sənədsiz sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Ümumilikdə 2 gün ərzində qərb bölgəsində 50 sərxoş və avtomobili sənədsiz idarə edən 120 sürücü müəyyən edilib ki, onların da barəsində qanunamüvafiq tədbirlər görülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti