Polis serjantı qəza törətdi

20-07-2015, 13:47
Oxunub: 538
Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb


Azərbaycan paytaxtında yol-nəqliyyat hadisəsi baş verib.

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Mirzə Əliağa oğlu Məmmədovun idarə etdiyi 90-AP-048 dövlət nömrə nişanlı “Fiat Doblo” markalı avtomobillə Bakı şəhər sakini Əhsən Həsən oğlu Ağamirovun idarə etdiyi 99-CC-989 dövlət nömrə nişanlı “Mercedes” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, polis serjantı Mirzə Məmmədov Sabunçu rayonu Dəmir Yol Xətt Polis Şöbəsində sürücü işləyir. Onun idarə etdiyi “Fiat Doblo” isə xidməti avtomobildir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti