Şeyx prezidentin təklifini qəbul etdi

20-07-2015, 13:20
Oxunub: 477
Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistanın paytaxtı Düşənbə şəhərinə səfərə yola düşür.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadə Tacikistan Prezidenti İmaməli Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edir.

Səfərdə məqsəd 22-23 iyul tarixlərində Düşənbədə keçiriləcək «İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

Konfransda tanınmış dinşünas alimlərin, teoloqların, ənənəvi dini icma rəhbərlərinin iştirakı gözlənilir.

Tacikistan Prezidenti İ.Rəhmonun dəvəti ilə Düşənbəyə səfər edən QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransda məruzə ilə çıxış edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti