ABŞ-da təyyarə qəzası

18-07-2015, 22:13
Oxunub: 604
1 nəfər ölüb daha 4 nəfər isə ağır yaralanıb


ABŞ-ın Alyaska ştatının cənub-şərqində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər ölüb daha 4 nəfər isə ağır yaralanıb.

Qəzaya düşən "Wings of Alaska" şirkətinə məxsus "Cessna 207" təyyarəsi Cuno - Xuna müntəzəm reysini yerinə yetirərkən radarlardan itib.

Yerli vaxtla 13:30-da polis bölməsinə sərnişin təyyarəsinin qəzaya uğradığı barədə məlumat verilib. Faktla bağlı araşdırmalar davam edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti