İlham Əliyevin tanınmayan naziri - Sorğu

18-07-2015, 18:43
Oxunub: 8332
Gənclər Azad Rəhimovu tanımır, ya da onun fəaliyyətindən narazıdır


Hər nazir bir xüsusiyyəti, özünəməxsusluğu ilə tanınır. Məsələn, fövqəladə hallar naziri Kəmaləddin Heydərov biznesi, holdinqləri ilə, nəqliyyat naziri Ziya Məmmədov "qoçuları" ilə, müdafiə naziri Zakir Həsənov sərt bəyənatları və orduda apardığı islahatlarla tanınır.

Bəs 60 faizi gənc olan ölkənin gənclər və idman naziri hansı xüsusiyyətinə və ya işinə görə tanınır? Və ya ümumiyyətlə tanınırmı?

Bu sualın cavabını öyrənmək üçün üz tutduq şəhərin mərkəzinə, gənclərdən nazirlərini tanıyıb-tanımadıqlarını soruşduq. Bəlkə də inanılmaz görünəcək sizə, amma əksəriyyət Azad Rəhimovu tanımadığını bildirdi. Gənclər və idman nazirini tanıdığını deyənlərin əksəriyyəti isə Azad Rəhimovun adını xatırlamadı və ya onun fəaliyyətindən narazı olduqlarını bildirdilər.

Gənclər və idman nazirinin gənclər arasında niyə tanınmadığı sual olaraq qalır. Bunun günahkarı kimdir? Hər-halda günahkarın kim olmasından asılı olmayaraq nəticə dəyişilməz qalır: Gənclər Azad Rəhimovu tanımır, ya da onun fəaliyyətindən narazıdır.

Sözügedən sorğunu sizə təqdim edirik:
Faiq Azər
Aqşin Vəliyev
Etatist.com
Şərhlər : 1 Şərh yaz
ELNUR 29 oktyabr 2015 15:01  

Şehriyar Serdar oglu Hemidov deputatliqa namized olaraq onun bu nailiyetine ve ilk addimina destek olaraq, Ter-Ter şeherinin deputati olmasini isteyirik. Bundan başka kimseyi deputat olmamasını etirazimizi bildiririk, cunki bu güne kimi gelen deputatlarin hec birini tanimamişiq ve Ter-Ter şeherinde bir yenilik gormedik 

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti