Nemtsovun qızı Almaniyada “Deutsche Welle” nəşrində çalışacaq

18-07-2015, 16:31
Oxunub: 632
Janna Nemtsova “Deutsche Welle” nəşrinin rus redaksiyasında çalışacaq.


Qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun qızı Janna Nemtsova Almaniyada çalışacaq.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, Janna Nemtsova  “Deutsche Welle” nəşrinin rus redaksiyasında çalışacaq.

“Mən Janna Nemtsovanın  “Deutsche Welle”-də çalışacağına çox şadam. Bu bizim Rusiyadakı nüfuzumuza müsbət təsir edəcək”, deyə “Deutsche Welle” nəşrinin rus redaksiyasının rəhbəri Piter Limburq bildirib.

Qeyd edək ki, Almaniyaya köçməzdən əvvəl Janna “RBK TV”-də çalışıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti