Xamneyi: "Müharibə olsa İran ABŞ-a cavab verəcək"

18-07-2015, 11:29
Oxunub: 345
İran milli maraqlarına tam cavab verməsindən əmin olmağa dair göstəriş verib


“Nüvə məsələsinə dair əldə olunan razılaşmaya baxmayaraq, İran “təkəbbürlü” Birləşmiş Ştatlara münasibətini dəyişməyəcək”.

Bunu İranın ali lideri Ayətullah Əli Xamneyi deyib.

Ayətullah Xamneyi müqəddəs Ramazan ayının başa çatmasından sonra siyasətçilərə razılaşmanı bir daha tədqiq etməyə və onun İran milli maraqlarına tam cavab verməsindən əmin olmağa dair göstəriş verib.

“İran müharibənin tərəfdarı deyil, lakin belə bir hal olarsa, İran ABŞ-a cavab verəcək”, -  deyə dini lider bildirib. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti