Azad Rəhimov Qubada vətəndaşları qəbul edəcək

17-07-2015, 15:30
Oxunub: 564
Qəbul saat 11-də Quba şəhəri Heydər Əliyev Mərkəzində başlanacaq.


Gənclər və idman naziri Azad Rəhimov iyulun 21-də Quba rayonunda vətəndaşları qəbul edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz, rayonlarının sakinləri iştirak edəcək.

Qəbul saat 11-də Quba şəhəri Heydər Əliyev Mərkəzində başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı iyulun 20-dək, saat 09-dan 18-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti