Lavrov: “Qarabağ danışıqlarını intensivləşdirməyin vaxtı çatıb...”- Yenilənib

17-07-2015, 15:05
Oxunub: 961
Nazir bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesini intensivləşdirmək üçün vaxtın yetişdiyini bildirib.

Lavrov tərəflərin ümumi əhvalını və nəticə əldə etməyə hədəfləndiklərini nəzərə alaraq Rusiyanın “bu irəliləyişi təmin etməyə” hazır olduğunu vurğulayıb.

Öz növbəsində Məmmədyarov bildirib ki, İranın nüvə proqramlarına dair uzunmüddətli danışıqların uğurla başa çatması Dağlıq Qarabağ probleminin də həll edilə biləcəyinə ümid yaradır. (Virtualaz)

***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasında səfərdədir.


Nazir bu gün rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Görüşdə ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti