Peykə mahnı yazıldı - Foto

11-02-2013, 14:47
Oxunub: 2421


Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunmuş yeni mahnı yazılıb.

Bu barədə APA-ya Azərbaycan Televiziyası və Radiosu Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov məlumat verib.

"Milli Peykimiz” adlanan kompozisiyasının sözlərini silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbani, musiqisini isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyeva yazıb.

Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C.Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər. Layihənin səs rejissoru Faiq Babayevdir.

Peykə mahnı yazıldı - Foto

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti