Bayram namazı nə vaxt qılınacaq?- Fikir ayrılığı

16-07-2015, 15:52
Oxunub: 1031
14 əsrdir aktual olan bu mövzu bu gün də öz aktuallığını qorumaqdadır


Ramazan ayı müsəlmanların ən mübarək ayı sayılsa da bu ayda da İslamın fərqli məzhəblərinə aid kəsimlər arasında mübahisələr yaranır.

Xüsusilə bayram namazınını vaxtı açıqlanan zaman şiə və sünni məzhəbindən olan müsəlmanlar arasındakı fikir ayrılığı ortaya çıxır. Müsəlman təqviminə əsasən bir ayda 29-30 gün olur. Bu da yeni ayın görünüb-görünməməsi ilə bağlıdır. Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının sonlarında bayram namazının vaxtını açıqlaması sünni islamçılar tərəfindən yalnış qəbul olunur.

Sünnilər isə bunu "haram" sayırlar. Onların fikrinə görə yeni ay görünməmiş proqnoz vermək olmaz.

14 əsrdir aktual olan bu mövzu bu gün də öz aktuallığını qorumaqdadır.

Bu gün QMİ bayram namazının vaxtını açıqladı. QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı iyulun 18-də “Təzəpir” məscidində səhər saat 10-00-da, Əjdərbəy məscidində səhər saat 9-00-da qılınacaq.

Etatist.com-un məlumatına görə, Azərbaycandakı sünni məzhəbinə mənsub olan müsəlmanlar isə bayram namazının vaxtını bu axşam açıqlayacaqlar.

Elvin Əliyev
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti