Bakıda zəncirvari qəza: Yaralılar var

16-07-2015, 14:25
Oxunub: 585
Faktla bağlı araşdırma aparılır


Bakıda yol qəzası qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda, Babək prospektində qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Elçin Şəfiyevin idarə etdiyi “Toyota Corolla”, 1971-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi “Mercedes”, 1991-ci il təvəllüdlü Elxan Hüseynovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Qəza nəticəsindən E. Şəfiyev, A. Əliyev və sərnişinləri Firəngiz Məmmədova xəsarətlə Travmatologiya İnstitutuna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti