Xalq hansı mobil operatordan narazıdır? - Etatist.com-un sorğusu

16-07-2015, 13:55
Oxunub: 1538
Sorğunun nəticəsindən məlum oldu ki, əksəriyyət mobil operatorlardan narazıdır


Son zamanlar insanlar Azərbaycanda fəaliyyət göstərən mobil operatorlardan şikayət edirlər. Bu şikayətin əsas səbəbi, mobil operatorların abunəçilərinə göndərdiyi reklam mesajları, danışıq və internet qiymətləri və bəzi yerlərdə siqnal olmamasıdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəfələrlə qiymətlərin ucuzlaşacağı, xidmətin yaxşılaşacağı ilə bağlı açıqlama versə də qiymətlər ucuzlaşmayıb. Müxtəlif kampaniyalarla qiymətlərdə bir müddətlik ucuzlaşma olsa da bu uzunmüddətli olmayıb.

Etatist.com olaraq qərara gəldik ki, şəhər sakinlərinin hansı mobil operator işlətdiyi və hansından narazı olduğunu öyrənək. Bunun üçün də şəhərin mərkəzində sorğu keçirdik.

Sorğunun nəticəsindən məlum oldu ki, əksəriyyət mobil operatorlardan narazıdır. Əsas narazılıq isə şəbəkənin olmaması və danışıq qiymətlərinin baha olması ilə bağlıdır.

Sözügedən sorğunu təqdim edirik:
Faiq Azər
Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti