Rezedenturada qızlar oğlanlardan daha çox uğur qazandılar

16-07-2015, 11:25
Oxunub: 545
Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, nəticələri TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
İki mərhələ üzrə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqədə iştirak edən 597 namizəddən 521 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116 nəfərini oğlanlar, 405 nəfərini qızlar təşkil edir. 294 namizəd cari ilin, 227 namizəd isə əvvəlki illərin məzunudur.

Qeyd edək ki, rezidentura səviyyəsinə qəbul olan namizədlərin siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olduğu “Rezidentura” jurnalının 4-cü sayının abituriyent.az saytında elektron satışı təşkil olunub.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri iyulun 22-dən 28-dək olan müddətdə müvafiq quruma:

- Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə qəbul olmuş şəxslər Azərbayca Respublikası Müdafiə Nazirliyinə;

- Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə;

- Azərbaycan Tibb Universitetinin mülki ixtisaslarına və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçmə­məsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti