Hacıbala Abutalıbovdan olay yaradacaq açıqlama - Video

16-07-2015, 11:06
Oxunub: 7475
"Gəlin, bu hökuməti yaradanların qarşısında baş əyək"


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları haqqında danışdığı video yayılıb.

Etatist.com xəbər verir ki, Bakı meri videoda AXC qurucularının qarşısında baş əymək lazım olduğunu deyir.

2002-ci ilin 28 may tarixində çəkilən videoda Respublika Günü ilə bağlı danışan H.Abutalıbov 1918-ci ildəki hökumət qurucuları haqqında öz tərzində, özünəməxsus ifadələrlə, cümlələrlə danışır. BŞİH başçısının açıqlamasında 28 May - Respublika Günü ilə Müstəqillik Gününü səhv salması və 28 May təbrikində "Müstəqillik Günü" ifadəsini işlətməsi də xüsusi maraq doğurur.

“Tariximizi yada salsaq... 28 may 1918-ci ildə Tiflisdə Milli Şuranın 26 üzvünün iştirak etdiyi böyük məclisdə yeni hökumət və Xalq Cümhuriyyəti elan olunub. Gəlin, bu hökuməti yaradanların qarşısında baş əyək. Tariximizi bir daha yada salaq, tariximizə yad olan, səhv olan ifadələri tamamilə yaddaşımızdan silək. Müstəqillik Günü (Respublika Günü- red.) münasibətlə bütün Azərbaycan xalqına xoşbəxtlik, həyatın ən şirin neməti olan can sağlığı diləyək".

Hacıbala Abutalıbov bu sözləri 2002-ci ildə desə də Etatist.com olaraq, bu açıqlamanın ictimaiyyət arasında maraq doğuracağını düşündüyümüz üçün yenidən təqdim edirik:
Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti