Azərbaycan və Pakistan arasında önəmli sənəd

16-07-2015, 10:44
Oxunub: 545
“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş”


Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında” 2015-ci il martın 11-də Bakıda imzalanmış sazişin təsdiq edilməsi barədə qanun imzalayıb.

Dövlət başçısı həmçinin “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş” üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 2015-ci il martın 11-də Bakıda imzalanmış "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında məhkumların verilməsi haqqında Saziş"in Azərbaycan tərəfindən həyata keçirilməsi məqsədi ilə mərkəzi orqan qismində Azərbaycan Ədliyyə Nazirliyi müəyyən edilib.

Xarici İşlər Nazirliyinə bu sərəncamda göstərilən mərkəzi orqan barədə Pakistan İslam Respublikası tərəfinə məlumat verilməsi tapşırılıb.(APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti