Azərbaycan qırıcıları Qarabağ səmasında uçuşa keçdi- ermənilərə ismarış

15-07-2015, 20:26
Oxunub: 1106
Quru quşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycanın Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarə və helikopterləri cəbhəboyu zona üzərində təlim-döyüş uçuşları keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək, quru quşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq etdirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti