Naxçıvanda taktiki təlimlər keçirildi

15-07-2015, 17:27
Oxunub: 663
Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.


Silahlı Qüvvələrin 2015-ci ilin döyüş hazırlığı planına əsasən bütün birlik və birləşmələrdə istənilən hava, məhdud görmə və relyef şəraitində intensiv döyüş atışlı taktiki təlimləri keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsi və Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində də zəruri tədbirlər həyata keçirilir.

Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin şəxsi heyəti, zirehli texnikası, aviasiya vasitələri, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının cəlb olunması ilə döyüş atışlı gecə taktiki təlimləri keçirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti