Artur Rasizadə qərar imzaladı

15-07-2015, 10:12
Oxunub: 388
Bu qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq imzalanıb


Azərbaycan Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin büdcəsinin formalaşdırılması qaydası müəyyənləşib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin "Azərtibbtəchizat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsərrüfathesablı daxilolmalardan əlavə, büdcə vəsaiti hesabına illik saxlanılması xərcləri mərkəzləşmiş qaydada dərman, sarğı ləvazimatları və materiallarının, həmçinin avadanlığın alınması üzrə daxilolmaların 0,25 faizi həddində, lakin 400 min manatdan çox olmaması müəyyən edilib.

Bu qərar Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınaraq imzalanıb. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti