MHP Ərdoğanın təklifini rədd etdi

14-07-2015, 19:30
Oxunub: 672
MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır


Milliyyətçi Hərəkat Partiyası (MHP) koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib.

Bu gün MHP lideri Dövlət Bağçalı ilə görüş keçirən baş nazir, AKP lideri Əhməd Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb: “Bağçalı bizə hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirdi”.

Qeyd edək ki, Ə.Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün MHP nümayəndə heyəti ilə danışıqlar aparıb. Görüş 1 saat 40 dəqiqə davam edib.

MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə növbəti danışıqlar keçiriləcək (APA).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti