"Bibiheybət" məscidindən şəhərə gələn yol açıldı

14-07-2015, 18:12
Oxunub: 607
Təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub


Bakı-Ələt avtomobil yolunun “Bibiheybət” məscidindən şəhər mərkəzinə doğru olan istiqamətdə aparılan təmir işləri artıq yekunlaşıb.

Virtualaz.org Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC-nin Mətbuat Katibliyinə istinadən bildirir ki, yolun təmir olunmuş hissəsində nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Qeyd edək ki, təmir işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərində asfalt-beton örtüyü qaşınaraq, yenisi ilə əvəz olunub. Təmir işləri qısa müddət ərzində keyfiyyətlə görülərək, yekunlaşdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti