Bakıda bina sakinləri aksiya keçirdi - Video

13-07-2015, 12:38
Oxunub: 3837
"Hər kəsə müraciət etmişik, cavab yoxdur"


"Yeni Yasamal" MTK-nın binası qarşısında etiraz aksiyası keçirilib.

Etatist.com-un xəbərinə görə, sakinlər Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabanı küçəsi 5 ünvanındakı 16 mərtəbəli yaşayış binası qarşısında bundan əvvəl bir neçə dəfə etiraz aksiyası keçirsə də bina onlara təhvil verilməyib. Onların sözlərinə görə, bu bina 9 il əvvəl tikintiyə başlayıb:

"Binanın 95%-i hazırdır, ancaq hələ hazır edib vermirlər. Biz də araşdırdıq ki, burda ikili satılan evlər var. Yəni bir mənzili  2 nəfəri aldatmaqla satılıb. Eyni mənzil müxtəlif illərdə, müxtəlif insanlara satılıb. Bunlara baxmayaraq hansı səbəblərdən Cahangir Alışovu ("Yeni Yasamal" MTK-nın direktoru -red) müdafiə edirlər, bilmirik. Prokuror, müstəntiq bunu araşdırmalıdır. Heç bir araşdırma yoxdur, yazılı izahat yoxdur. Azərbaycanda 10 dələduz şirkət varsa, biri də bu "Yeni Yasamal" MTK-dır. Əllərində bir neçə obyektlər də var. Hər kəsə müraciət etmişik, cavab yoxdur".

"Yeni Yasamal" MTK-nın hüquqşunası Habil Fətəliyev Etatist.com-a gecikmənin olduğunu bildiyini və ilin sonuna kimi evin tikintisinin başa çatacağını rəsmi olaraq bildirdiklərini deyib. Onun sözlərinə görə gecikmənin səbəbi maliyyə çatışmamazlığı ilə əlaqəlidir. Hüquqşunas həm də bildirib ki, ikili sənədlərin vətəndaşlara heç bir aidiyyatı yoxdur, o mübahisə həll olunandan sonra hər şey öz yolunu tapacaq:

"Burda vətəndaşlara heç bir ziyan dəyməyəcək. Belə ikili sənədli 5-6 nəfər var, hələ 10-15 nəfər də olacaq. Bunu Cahangir müəllim də çıxış edəndə demişdi. Ancaq bütün məsələlər həllini tapacaq".

"Yeni Yasamal" MTK-nın direktoru Cahangir Alışov isə ikili sənəd məsələsinə görə şirkətin şərikinin biri həbs olunduğunu bildirib. "Bu məsələdə məhkəmə işləri gedir, bir çox nəfər artıq evlərinə mebellərini yerləşdirib, ilin sonuna qədər köçürülmə işləri bitəcək" - deyə Cahangir Alışov əlavə edib. 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video 

Bakıda bina sakinləri aksiya keçirdi - Video

 

Etatist.com
Elvin Mahmudov

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti