NATO təlimlərdə ölümcül xəstəlik viruslarından istifadə edib

11-07-2015, 14:41
Oxunub: 249
Qarayara viruslarının nümünələri bir neçə dəfə NATO təlimləri çərçivəsində istifadə olunub


NATO-nun Almaniyada keçirilən təlimlərində amerikalı hərbçilər dəfələrlə ölümcül dərəcədə təhlükəli olan qarayara (Sibir yarası) xəstəliyindən istifadə ediblər.

Etatist.com bildirir ki, bu Almaniyanın "Bild" qəzetində dərc edilən xəbərdə qeyd olunub.

Almaniyanın ABŞ-dakı səfirıiyi ilə ABŞ-ın hərbi qüvvələri arasında gedən elektron yazışmadan anlamaq olar ki, qarayara 2007, 2009, 2010-cu illərdə və 24 iyun 2015-ci ildə Almaniyanın Landştul şəhərində yerləşən ABŞ ordusuna məxsus laborotoriyaya çatdırılıb.

Nəşrin bildirdiyinə görə, qarayara viruslarının nümünələri bir neçə dəfə NATO təlimləri çərçivəsində istifadə olunub. Təlimlərdən sonra isə bakteriyaların neytrallaşması prosesində laborotoriyada bəzi problemlər yaranıb. Bunun nəticəsi olaraq bakteriyalar hələ də aktiv ola bilər.

Qeyd edək ki, Almaniyanın Müdafiə Nazirliyi Bundensverin laborotoriyalarına qarayara nümünələrinin daxil olmadığını açıqlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti