Zaqatalada hərbçi 3 nəfəri bıçaqladı

11-02-2013, 12:39
Oxunub: 1272


Azərbaycanda hərbçi ağır cinayət törədib. Bu barədə APA-ya Zaqatala rayon Prokurorluğundan məlumat verilib.

Hadisə ötən gecə ötən gecə qeydə alınıb. Daxili Qoşunların Zaqatalada yerləşən "N” saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu Xancanov Elvin Elçin oğlu mübahisə zəminində rayon sakinləri - 29 yaşlı Əhmədov Namiq Nazim oğlunu, 29 yaşlı Vəliyev Tərlan Şaiddin oğlunu və 28 yaşlı Qafurov Ruslan Bayram oğlunu bıçaqlayıb. Hər üç yaralı Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən E.Xancanov saxlanılıb. İlkin məlumata görə, E.Xancanov hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər : 1 Şərh yaz
Yusif 16 oktyabr 2013 19:00  
Xahiş edirəm, diqqətlə oxuyun:
Kriminal xəbərləri müşayət edən müxtəlif silah, xüsusilə, bıçaq, balta və s.soyuq silah təsvirləri, həmçinin, qana bulaşmış əl, qəddarlıq ifadə edən şəkillər uşaq, yeniyetmə və gənclərdə, hətta, bəzi böyüklərdə də, zorakılığa meyl yaradır. İnanmırsınızsa, psixoloqlarla məsləhətləşin.

P.S. Ümid edirəm, burada qəsd yoxdur.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti