Bakıda avtobus qəza törətdi: 9 nəfər xəsarət alıb

10-07-2015, 14:31
Oxunub: 592
Onlardan 3-nə yerindəcə tibbi yardım göstərilib.


Bakıda avtobus qəzası olub.

Trend-in məlumatına görə, metronun "Xalqlar Dostluğu" stansiyasının yaxınlğında "Daweoo" markalı sərnişin avtobusu bir neçə maşını əzərək dayanacağa çırpılıb.

Səhiyyə Nazirliyindən bildiriblər ki, hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-nə yerindəcə tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti