Ermənistanın valyuta ehtiyatı bir ayda 53 milyon dollar azalıb

9-07-2015, 19:29
Oxunub: 1608
"Hökumət beynəlxalq ehtiyatların azalmasının qarşısını cəmi iki ay ala bilib"


İyul ayının 1-ə olan məlumata görə, Ermənistanın ehtiyatı 1 milyard 545 milyon 900 min dollar olub.

Musavat.com-un məlumatına görə, bu barədə “Joxovurd” nəşrinə ölkənin Mərkəzi Bankının rəsmi saytından məlum olub.

“Beləliklə, biz faktı deməliyik ki, iyun ayı ərzində Ermənistanın valyuta ehtiyatı 52 milyon 800 min dollar azalıb. Belə çıxır, hökumət beynəlxalq ehtiyatların azalmasının qarşısını cəmi iki ay ala bilib” – yazır qəzet.

Xatırladaq ki, ötən il ərzində ölkənin ehtiyatları 700 milyon azalmışdı. Bu ilin martında o, alınan avrobondların satışı hesabına qazanılmış 200 milyon dollar bir qədər artmışdı. Göründüyü kimi, artım tendensiyası çox çəkməyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti