Bu il Azərbaycanda 66 mindən çox körpə doğulub

9-07-2015, 11:15
Oxunub: 1013
Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır


Cari ilin yanvar-may ayları ərzində Azərbaycanda 66,4 min, yaxud hər gün orta hesabla 440 körpə doğulub. Əhalinin hər 1 000 nəfər hesabı ilə bu göstərici 16,9 olub.

Doğulan körpələrin 53,6%-i oğlan, 46,4%-i isə qız uşaqlarıdır. Körpələrin 1 156-sı əkiz, 33-ü isə üçəm doğulub. Doğulan körpələr üçün 74,2 yaş, o cümlədən oğlanlar üçün 71,6 yaş, qızlar üçün 76,8 yaş ömür uzunluğu gözlənilir.

Uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömür boyu orta hesabla 2,2 doğulan uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.

İlin əvvəlindən Azərbaycanda 23,8 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 000 nəfər hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı 6,3-dən 6,0-a qədər azalıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti