ABŞ-lı nazir: "Rusiya təhlükəsizliyimiz üçün ən böyük təhdiddir"

9-07-2015, 11:01
Oxunub: 786
"İndi Rusiyanın bu cür əməlləri qarşısında qətiyyətsizlik göstərmək vaxtı deyil"


“Rusiya ABŞ-ın milli təhlükəsizliyi üçün ən böyük təhdiddir, bu səbəblə Vaşinqton Avropa ölkələrində hərbi mövcudiyyətini gücləndirməlidir”.

APA-nın xəbərinə görə, bunu “Reuters”ə açıqlamasında ABŞ Hərbi Hava Qüvvələri naziri Debora Li Ceyms deyib.

D. Li Ceyms bildirib ki, ABŞ Moskvanın narahatlıq doğuran son addımlarına Avropada əlavə hərbi qüvvə yerləşdirməklə cavab verir: “Biz Avropada “F-16” qırıcılarının yerləşdirilməsinə davam edəcəyik. İndi Rusiyanın bu cür əməlləri qarşısında qətiyyətsizlik göstərmək vaxtı deyil”.

D. Li Ceyms 28 NATO üzvündən yalnız dördünün müdafiə sektoruna öz Ümumi Daxili Məhsulunun 2 faizini ayırmasından təəssüfləndiyini və söyləyib: “Biz bu rəqəmi havadan götürməmişik. Bütün alyans üzvləri bu cür razılaşıb”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti