SOCAR büdcəyə daha ödəniş keçirib

8-07-2015, 19:44
Oxunub: 788
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) dövlət büdcəsinə ödənişləri 2015-ci ilin iyun ayında 132 milyon 96 min manatdan (may ayının göstəricisi) 123 milyon 688 min manata düşüb.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) dövlət büdcəsinə ödənişləri 2015-ci ilin iyun ayında 132 milyon 96 min manatdan (may ayının göstəricisi) 123 milyon 688 min manata düşüb.

SOCAR-ın rəsmi saytında verilən məlumata görə, ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında büdcəyə 728 milyon 730 min manat vəsait ödənilib.

Bundan əlavə, cari ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 942 min manat vəsait köçürüb.

Bu göstərici 2014-cü ilin iyun ayı ilə müqayisədə 143 min manat və ya 101,2% çox olub.

Ümumiyyətlə, 2015-ci ilin yanvar-iyun aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 69 milyon 784 min manat təşkil edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti