Əli Kərimlinin daha bir müavini istefa verdi

8-07-2015, 16:57
Oxunub: 542
"İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var".


AXCP sədrinin müavini Əbülfəz Qurbanlı partiyadan istefa verib.

Etatist.com bildirir ki, o, bu barədə Facebook səhifəsində aşağıdakıları yazıb: 

"Dostlar, dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi- ali məqsəd üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var.

Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım, məhbəsdəki dostlarım- haqqı üçün savaşdığım xalqımız məni bağışlasın".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti