İrandan ABŞ-a şərt: "...razılığa gəlməyəcəyik"

8-07-2015, 15:56
Oxunub: 592
"İstəyirik ki, mövqelərimizi yaxınlaşdıraq və razılaşmaya nail olaq"


İran "altılıq"la razılığa gəlmək üçün ABŞ qarşısında şərt qoyub.

Etatist.com İTAR TASS-a istinadən bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Abbas Əraqçı açıqlama verib:

"ABŞ Tehrana qarşı sanksiyaları götürməyənə qədər İranla “altılıq” ölkələri razılığa gəlməyəcək”.

A.Əraqçı bildirib ki, ABŞ İranla sanksiyaları ləğv etmədən razılaşmaq istəyir:

"Lozanna və Cenevrədə "altılıq" ölkələri ilə əldə olunan razılaşmaya görə hərtərəfli razılaşma əldə olunacağı halda, sanksiyalar tam ləğv edilməlidir. Biz hazırda həssas mərhələdəyik. İstəyirik ki, mövqelərimizi yaxınlaşdıraq və razılaşmaya nail olaq".

Qeyd edək ki, ötən gün İran və "altılıq" ölkələri rəsmi Tehranın nüvə proqramının yekun razılaşması üzrə razılığa gəliblər. İyulun 9-da isə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və İranın prezidenti Həsən Ruhani İranın nüvə proqramını ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) samitinin çərçivəsində müzakirə edəcəklər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti