ABŞ 40 min hərbçisini ixtisar edəcək

8-07-2015, 11:45
Oxunub: 655
2017-ci ilədək ABŞ hərbçilərinin sayı 450 minə qədər azalacaq.


ABŞ ordusu gələn iki il ərzində 4 min hərbçini və 17 min mülki işçini ixtisar etməyi planlaşdırır.

İyulun 7-də müdafiə rəsmilərinin verdiyi məlumata görə, bu, bütün yerli və xarici postlara təsir göstərəcək.

Ordunun 490 min əsgəri 450 minə salınacaq. Bu, Birləşmiş Ştatlar İkinci Dünya Müharibəsinə qoşulandan bəri ən kiçik rəqəmdir.

İxtisarlar barədə ilk dəfə ötən ilin fevralında məlumat verilib. Rəsmilər USA Today-ə bu planın həyata keçiriləcəyini təsdiqləyiblər. (azadliq.org)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti