Ramazanla bağlı ardıcıl 4 gün iş olmayacaq

8-07-2015, 11:38
Oxunub: 594
İyulun 20-si - bazar ertəsi günü də qeyri-iş günü olacaq


Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən 2014-cü il noyabrın 21-də “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edilib.

Qərara əsasən, 17 və 18 iyul tarixləri Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. İyulun 18-i şənbə gününə təsadüf etdiyindən 5 günlük iş rejimi ilə işləyən müəssisələrdə iyulun 20-si - bazar ertəsi günü də qeyri-iş günü olacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti