​İran gündəlik neft hasilatını 2 dəfə artırmağı planlaşdırır

7-07-2015, 10:09
Oxunub: 626
Gündəlik hasilat 3 milyon 800 min barrelədək artırılacaq


İranın gündəlik neft ixracı orta hesabla bir milyon 200 min bareldir.

"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İslam Respublikası neft nazirnin müavini Mənsur Müəzzəmi bildirib.

Onun sözlərinə görə, bu ötən dövrlə müqayisədə neft ixracatının iki dəfə artması deməkdir.

M.Müəzzəmi bildirib ki, ölkəsinə qarşı tətbiq edilən sanksiyalar ləğv olunduqdan sonra gündəlik hasilat 3 milyon 800 min barrelədək artırılacaq: "Bir müddət sonra isə bu rəqəmi 4 milyon 700 min barrelə çatddırmaq planlaşdırılıb".

Nazir müavini onu da vurğulayıb ki, gündəlik təbii qaz hasilatının 200 milyon kubmetrədək artırılması nəzərdə tutulub. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti