Azərbaycan və İran hərbi dəniz qüvvələri birgə təlim keçirəcək? 

7-07-2015, 09:50
Oxunub: 715
Danışıqlar zamanı təhlükəsizlik məsələlərinə yalnız bu ölkələrin cavabdeh olduğu vurğulanıb.


İran Ordusunun Dəniz Qüvvələri komandanı, kontr-admiral Həbibullah Səyyari və Azərbaycanın Hərbi Dəniz Qüvvələri komandanı Yunis Məmmədov Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beynəlxalq dəniz qüvvələri və gəmiçilik” sərgisi çərçivəsində görüş keçiriblər.

Report xəbər verir ki, bu barədə İran mətbuatına açıqlamasında Həbibullah Səyyari məlumat verib.

O bildirib ki, görüşdə Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, birgə təlimlərin keçirilməsi üzrə, eləcə də elm və texnologiya sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, sərgi çərçivəsində Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələri komandanları bir araya gələrək təhlükəsizlik məsələlərinə dair danışıqlar aparıblar. Danışıqlar zamanı təhlükəsizlik məsələlərinə yalnız bu ölkələrin cavabdeh olduğu vurğulanıb. Qeyd olunub ki, hər hansı bir kənar hərbi qüvvənin Xəzərdə iştirakı yolverilməzdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti