Rusiya son bir ayda 5-ci hərbi təyyarəsini itirib

6-07-2015, 18:37
Oxunub: 518
Bu, son bir ayda Rusiya qəzaya uğrayan 5-ci hərbi təyyarədir


Rusiyanın Xabarovsk diyarı ərazisində “Su-24” bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Hadisə Komsomolsk-Amurdan 17 km cənubda yerləşən Xurba aerodromu yaxınlığında baş verib. Hərbi təyyarəhavaya qalxdıqdan az sonra yaşayış olmayan yerə düşüb. Hadisə nəticəsində hər iki pilot ölüb. 

Hadisədən sonra Hərbi Hava Qüvvələrinin komandanlığı Xabarovsk diyarında “Su-24”lərin uçuşunu dayandırıb. 

Maraqlıdır ki, bu, son bir ayda Rusiya qəzaya uğrayan 5-ci hərbi təyyarədir. İyunun 4-də Həştərxan yaxınlığında “Miq-29”, Voronej yaxınlığında “Su-34”, dörd gün sonra Amur vilayətində “Tu-95”, iyulun 3-də isə Krasnodar diyarında “Miq-29” təyyarəsi qəzaya uğrayıb. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti