"Həqiqət istədim, dedilər kafir oldun" 

6-07-2015, 22:19
Oxunub: 3114
"Olanları diqqətlə izləyənlər nə dediyimi anlayacaq"


Məşhur repçi "Kabus" yeni repini təqdim edib.

"Urban" adlanan repinə klip də çəkdirən "Kabus" Etatist.com-a açıqlama verərək bildirib ki, bu rep çoxdan çıxmalı olsa da, bəzi dəyişikliklərə görə bu vaxta saxlanılıb:

"Bəzi problemlərə görə "Gladio"dan sonra uzun müddət yeni bir "track" çıxartmadım. Bu "track" əslində çoxdandır ki, hazırdır, amma son 1-2 ay ərzində baş verən qəribə dəyişikliklərdən sonra "track"in ən uyğun vaxtda təqdim olunduğunu düşünürəm. Əminəm ki, olanları diqqətlə izləyənlər nə dediyimi anlayacaq".

Həmin klipi təqdim edirik:
Qeyd edək ki, "Kabus" son olaraq aprelin 24-də "Gladio" klipinə təqdimat keçirmişdi. Həmin klip yalnız gənclər yox, həm də yaşlı nəsil arasında böyük marağa səbəb olub.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti