Naxçıvanın DƏTM Dövlət Komitəsinə sədr müavini təyin edildi

6-07-2015, 14:35
Oxunub: 484
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi olub


Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Nizami Məmmədov Dövlət Komitəsinin sədr müavini təyin edilib.

Qeyd edək ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi  V. Talıbovun sərəncamı 19 may tarixli ilə sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında yaradılıb. İyunun 22-də V. Talıbovun sərəncamı ilə Müslüm Cabbarzadə Dövlət Komitəsinin sədri təyin edilib. M. Cabbarzadə buna qədər Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri olub. Dövlət Komitəsinə sədr müavini təyin edilən Nizami Məmmədov isə bundan əvvəl ləğv edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi olub. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti