Ermənistan hakimiyyəti qorxuda: Rusiyadan daha 40 milyon kredit aldı

6-07-2015, 12:37
Oxunub: 571
Xalq artıq ölkədəki böhrandan bezib


Ermənistan “Suvarma sistemlərinin müasirləşdirilməsi” proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.

APA-nın “Armtoday” saytına istinadən verdiyi xəbərə görə, Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib.

Fond Ermənistanın “Suvarma sistemlərinin müasirləşdirilməsi” layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2 faizlə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.

Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar.

Etatist.com xatırladır ki, ötən həftə Rusiya və Ermənistan arasında kreditlə bağlı daha bir saziş imzalanıb. Razılaşmaya görə Rusiya Ermənistana 200 milyon dollar güzəştli kredit ayırıb. Bu məbləğ Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcək.

Ekspertlər hesab edir ki, Ermənistanın ard-arda Rusiyadan kredit istəməsinin səbəbi ölkə hakimiyyətinin qorxuya düşməsidir. Ermənistan hökuməti ölkənin iqtisadiyyatını azacıq da olsa dirçəltmək üçün müxtəlif variantlara əl atır. İyun ayının 19-da elektrik enerjisinin qiymətinin artmasından sonra ölkədə başlayan etiraz dalğası onu göstərdi ki, xalq da artıq ölkədəki böhrandan bezib. Bu isə təbii ki, birbaşa hakimiyyət üçün təhlükəlidir.

Bundan başqa Azərbaycan ordusu cəbhədə üstünlüyü ələ alıb. İyun ayının 4-də cəbhədə Ermənistan ordusuna məxsus pilotsuz təyyarələrin vurulması bunu bir daha sübut etdi.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti