Qənirə Paşayeva Tovuzda hərbçilərlə görüş keçirib - FOTO

4-07-2015, 12:14
Oxunub: 591
"Mən əminəm ki, biz bunu edəcəyik”


Millət vəkili Qənirə Paşayeva,TUSİAB-ın və "Tekfen" şirkətinin rəsmi nümayəndələri Ramazan ayı və qarşıdan gələn bayram münasibətilə Tovuz rayonunda Ermənistanla ön cəbhədə yerləşən "N" saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüb, onları hədiyyələrlə təbrik ediblər.

Əsgər və zabitlər qarşısında çıxış edən Q. Paşayeva onları Azərbaycan Silahlı Qüvvələri Günü və qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan millət vəkili hər bir əsgər və hərbçilərimizə dualarına çatmalarını diləyib. O, deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq. İnşallah, gələn il Ramazan bayramını işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Şuşamızda və işğal altında olan digər gözəl bölgələrimizdə qeyd edək. Mən əminəm ki, biz bunu edəcəyik”.

TUSİAB-ın sədri Yavuz Keleş ön cəbhədə hərbi hissədə keçirilən bu tədbirdə iştirak etməkdən qürur duyduğunu  və  bu  tədbirin önəmli olduğunu qeyd edib. Azərbaycan və Türkiyənin ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, bir millət iki dövlət olduğunu, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında, Azərbaycanın isə hər zaman Türkiyənin yanında olduğunu deyən Y. Keleş bu cür tədbirlərin Ali Baş Komandanımız İlham Əiyevin rəhbərliyi ilə işğaldan azad ediləcək Azərbaycan torpaqlarında, Qarabağda keçirilməsinin ən böyük arzularından olduğunu, Azərbaycan əsgər və hərbçiləri ilə birlikdə olmaqdan böyük məmnuniyyət duyduğunu deyib.

Sonra hərbi xidmətdə fərqlənən əsgər və zabitlərə Q. Paşayeva və qonaqlar adından hədiyyələr təqdim edilib.

Hərbi hissənin rəhbərliyi və Q. Paşayeva TUSİAB sədrinə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə edib. (APA)

Qənirə Paşayeva Tovuzda hərbçilərlə görüş keçirib - FOTO

 

Qənirə Paşayeva Tovuzda hərbçilərlə görüş keçirib - FOTO

 

Qənirə Paşayeva Tovuzda hərbçilərlə görüş keçirib - FOTO

 

Qənirə Paşayeva Tovuzda hərbçilərlə görüş keçirib - FOTO

 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti