Rusiya Azərbaycanda öz təbliğatına başladı

3-07-2015, 20:41
Oxunub: 620
Layihənin məqsədi Kremlin siyasətini bütün dünyada təbliğ etməkdir


"Sputnik" ("Novosti Azərbaycan") beynəlxalq informasiya agentliyi Azərbaycanda radioyayıma başladığını elan edir.

“Sputnik Azərbaycan” radiosu “Araz” radiostansiyasının dalğasında (103.3 FM) həftədə beş gün saat 10:00-dan 20:00-dək hər saatın əvvəli xəbər buraxılışları ilə canlı yayıma çıxır.

Gün ərzində "Sputnik Azərbaycan" radiosu ən aktual dünya və region xəbərlərindən ibarət 11 informasiya buraxılışı ilə Azərbaycan dilində efirə qoşulur. Radioburaxılışları həmçinin internetdə on-line izləmək və ya mətn və audio formatında "Sputnik Azərbaycan" portalının multimedia bölməsində tanış olmaq olar.

"Sputnik" informasiya portalı Azərbaycanda 2015-ci ilin mayında sputnik.az və ru.sputnik.az saytlarında fəaliyyətə başlayıb.

Qeyd edək ki, “Sputnik” 2014-cü ilin noyabrında “Rossiya seqodna” ("Rusiya bu gün") beynəlxalq informasiya agentliyinin informasiya layihəsi kimi işə salınıb. Layihənin məqsədi Kremlin siyasətini bütün dünyada təbliğ etməkdir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti