Xalq müdafiə nazirinin fəaliyyətindən razıdır?- Sorğu

3-07-2015, 16:41
Oxunub: 3348
Əksəriyyət nazirin fəaliyyətindən razı olduğunu dedi


2013-сü ildə, prezident seçkilərindən sonda prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqlədi. Yeni tərkibdə ən böyük dəyişiklik isə heç kimin gözləmədiyi şəxsin – Zakir Həsənovun Müdafiə Naziri postuna təyin olması idi.

Müdafiə Naziri postuna təyin olunandan dərhal sonra prezident tərəfindən Zakir Həsənova general-polkovnik rütbəsi verildi və o işə başladı. Yeni nazir bir sıra qalmaqallı kadr dəyişiklikləri ilə bir müddət gündəmdən düşmədi. Bu kadr dəyişiklikləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı.

General-polkovnik Zakir Həsənovun verdiyi qalmaqallı qərarlardan biri də Müdafiə Nazirliyinin hərbi hissələrində mülki şəxslərin işə götürüləcəyi haqqında qərar idi. Bu günə qədər 20 min mülki işçi hərbi hissələrdə işə götürülüb.

Nazir Zakir Həsənov bu günə qədər orduda çox islahat aparıb. Bəs insanlar Zakir Həsənovun fəaliyyətini necə qiymətləndirir? Etatist.com əməkdaşları bu suala cavab tapmaq üçün şəhərin mərkəzi küçələrində sorğu keçirib.

Sorğuda Zakir Həsənovu tanımayanlara da rast gəldik. Amma əksəriyyət onun fəaliyyətindən razı olduğunu bildirdi.

Həmin sorğunu təqdim edirik:

Faiq Azər
Video: Rəşad Qasım
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti