"Rusiya Ermənistanla Azərbaycan arasında düşmənçilik yaradır"

3-07-2015, 13:44
Oxunub: 815
"Rusiya isə bu dövlətlərin hər ikisinə silah satır"


“Öz bacarığı ilə öyünən Rusiya zaman keçdikcə Zaqafqaziyanın iki kiçik dövlətləri – Ermənistanla Azərbaycan arasında düşmənçilik yaradır”.

Bu sözləri Ermənistanın “Jamanak” nəşri yayıb.

“Hazırda Ermənistanla Azərbaycan bir-birinə düşməndir. Biri neft sataraq dolanır, digəri isə yeni kreditlər almaqla faizə oturur. Rusiya isə bu dövlətlərin hər ikisinə silah satır. Elə son günlər rəsmi Moskva Ermənistana silah almaq üçün 200 milyon dollar kredit verdi.

Azərbaycan isə bu ölkədən 2-3 milyard dollar həcmində silah alacaq. Bakının məqsədi İrəvan üzərində üstünlüyünü qorumaqdır”, - deyə “Jamanak” yazıb. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti