Rusiyalı ekspert: "Ermənistan 7 rayonu azad etməlidir, əvəzində isə..."

3-07-2015, 11:33
Oxunub: 623
Bunun qarşılığında Azərbaycan və Türkiyə tərəfdən Ermənistanın blokadası götürülür


"Hesab edirəm ki, hər iki tərəf kompromisə getməlidir. Variantlardan biri ondan ibarətdir ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi təxirə salınsın. Bunun üçün isə hazırkı mərhələdə Ermənistan işğalda olan 7 rayonu Azərbaycanın nəzarətinə verir".

Bunu “AzərRos” portalına müsahibəsində Rusiyanın Siyasi Araşdırmalar institutunun direktoru Sergey Markov deyib.

Politoloqun sözlərinə görə, bunun qarşılığında Azərbaycan və Türkiyə tərəfdən Ermənistanın blokadası götürülür.

“Bu kompromis Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üzrə siyasi danışıqlarda etibar mühiti üçün əsas yaradardı”, - deyə Markov bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti