Türkiyənin yeni parlament sədri bəlli oldu

1-07-2015, 19:38
Oxunub: 574
Səs vermədə 547 millət vəkili iştirak edib.


Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri 4-cü turdan sonra seçilib.

Etatist.com-un Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4-cü tur nəticələrinə görə AK Partiyanın namizədi Sivas Millət vəkili İsmət Yılmaz 258 səslə yeni parlament sədri seçilib. Nəticələrdə 2-ci yeri 182 səslə Deniz Baykal tutub.

Səs vermədə 547 millət vəkili iştirak edib.

Qeyd edək ki, 3-cü turun sonunda İsmet Yılmaz 259, Deniz Baykal 129, Ekmeleddin İhsanoğlu 80, Dengir Mir Mehmet Fırat 78 səs toplayıb. Bu səsvermədən sonra ən çox səs toplayan iki namizəd İsmet Yılmaz və Deniz Baykal 4-cü tur seçimlərində yarışıb.

Elvin Mahmudov
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti