Qazprom Ukraynaya təbii qaz nəqlini dayandırdı

1-07-2015, 15:24
Oxunub: 1027
Ukrayna iyul ayına aid olan qaz nəqlinin pulunu ödəmir


İyulun 1-i saat 10-da Qazprom Ukraynaya təbii qaz nəqlini dayandırıb.

Etatist.com rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazpromun rəhbəri Aleksey Miller məlumat yayıb. 

Onun sözlərinə görə, Ukrayna iyul ayına aid olan qaz nəqlinin pulunu ödəmir. Qazprom qiymətindən asılı olmayaraq əvvəlcədən ödəniş olmadan Ukraynaya qaz nəql etməyəcək.

Bir müddət əvvəl Ukrayna, Rusiya və Avropa Birliyinin arasında keçən üçtərəfli görüşdə qaz tədarükü barədə razılığa gələ bilməyiblər.

Qeyd edək edək ki, Rusiya gələn ilin üçüncü kvartalında qazın qiymətində 40 faiz endirim təklif edib.
Etatist.com
Cavid
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti