Milliyətçilər Bakının mərkəzində aksiya keçirdi- Yenilənib

1-07-2015, 18:08
Oxunub: 1453
"Aksiya sivil şəkildə olacaq"


Milliyətçi Gənclər Təşkilatının Çinin Azərbaycandakı səfirliyi qarşısında təşkil etdiyi aksiya polis tərəfindən dağıdılıb.

Təşkilatın üzvü Orxan İsmayılovun AzadXeber.az-a verdiyi məlumata görə, polis aksiyanı dağıdıb və 3 nəfər - Aqil Musazadə, Ülvi Məmmədov, Müşviq Vəliyevi saxlayaraq bölmə istiqamətində aparıb. Polis əməkdaşları tərəfindən xəbərdarlıq alan gənclər sərbəst buraxılıb.

***

Bu gün saat 16.00-da 28 may metrosu yaxınlığında yerləşən Səməd Vurğun bağında aksiya keçiriləcək.


Məsələ ilə bağlı aksiya təşkilatçısı Milliyyətçi Gənclər Təşkilatının sədri Müşfiq Vəliyev Etatist.com-a bildirdi ki, aksiya Uyğur Muxtar Vilayətində baş verən olaylarla bağlıdır. O, bildirib ki, Çində uyğurlara qarşı etnik təmizləmə prosesi aparılır:

"Aksiya sivil şəkildə olacaq. Çin səfirliyinin yanında oturaq aksiya keçirəcəyik və qətnaməmizi təqdim edəcəyik". 

O bildirib ki, facebook-da təşkil olunan "event"i 1000 nəfərə yaxın adam qəbul edib, 200-300 nəfərin gələcəyi güman edilir. 

Facebook-da yaradılan aksiyanın açıqlamasında qeyd edilib ki, Çin də uyğurlara qarşı soyqırımı törədir:

"Onların tək günahı türk və müsəlman olmağıdır. Biz Azərbaycan türkləri olaraq Xocalıda bu vəhşilikləri görmüşük, bizim ən ağrılı, acılı yerimizdir əzilən insan haqları.

Bu məqsədlə biz Milliyyətçi Gənclər Təşkilatı olaraq qərara gəldik ki, Çin səfirliyinə öz sivil etirazımızı bildirək və bu faciəvi insanlıq dramına son qoymasını tələb edək. Bu məqsədlə iyul ayının 1-i saat 16:00-da 28 may metro stansiyası yaxınlığındakı Səməd Vurğun bağında toplanıb, oradan yaxınlığdakı Çin səfirliyi önünə gedib etiraz qətnaməmizi təqdim edək. Soydaşlarımıza sahib çıxaq".


Qeyd edək ki, son illər Pekin çinlilərin Uyğur Muxtar vilayətinə süni köçünün təşkil edir. Bu durum isə yerli əhalinin etirazı ilə qarşılanır. Milli muxtariyyətə malik olmalarına baxmayaraq, Çin hakimiyyəti oradakı uyğur türklərinə qarşı milli, dini məsələlərdə təzyiqlər etməklə, bu etnik qrupu assimilyasiya etməyə çalışır.

Elvin Mahmudov
Etatist.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti