Indoneziyada qəzaya düşən təyyarədə 135 nəfər ölüb

1-07-2015, 10:51
Oxunub: 568
Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar


İndoneziyanın Medan şəhərində “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 135 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerdə ölənlərin sayı hələ ki məlum deyil.

Bundan əvvəl İndoneziya Hərbi Hava Qüvvələrinin komandanı Aqus Supriyatna bildirmişdi ki, hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 101 sərnişin və 12 ekipaj üzvü olub, sağ qalan olmayıb. Xilasedicilər isə qəza nəticəsində yerdə 3 nəfərin öldüyünü açıqlamışdılar.

Qeyd edək ki, ABŞ istehsalı olan “Hercules C-130B” hərbi-nəqliyyat təyyarəsi Medan şəhəri yaxınlığında yerləşən hərbi bazadan havaya qalxarkən qəzaya uğrayıb. A.Supriyatnanın sözlərinə görə, qəzadan bir neçə saniyə əvvəl pilotlar mühərrikdə nasazlığın əmələ gəlməsi barədə dispetçerlərə məlumat veriblər.

Gecə saatlarında da davam edən axtarış-xilasedici əməliyyatında yüzlərlə hərbçi, polis və xilasedicilər iştirak edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti