İlham Əliyev General-Qubernatoru təbrik etdi

30-06-2015, 20:49
Oxunub: 783
Azərbaycan - Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik


Azərbaycan prezidenti İlham Əliyev Kanadanın general-qubernatoru Devid Constonu ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab General-Qubernator, ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan - Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti