Rəsmi Bakıdan terror bəyanatı

30-06-2015, 14:44
Oxunub: 597
“Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik"


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının baş prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyib.

Bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilir.

Bəyanatda deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır: “Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti